Səadət Yusifova nazir müavini təyin edildi

381

Prezident İlham Əliyev mədəniyyət nazirinə müavin təyin edib.

Dövlət başçısının müvafiq Sərəncamı ilə bu vəzifəyə Səadət Vidadi qızı Yusifova təyinat alıb.

Qeyd edək ki, S. Yusifova bu təyinatadək Azərbaycan Prezidentinin Administrasiyasında müxtəlif vəzifələrdə çalışıb. 2014-2019-cu illlərdə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri olub. 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsinə təyinat alıb. Bakı Dövlət Universitetinin və Fransanın Robert Şuman Universitetinin məzunudur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər