Şəfa Əliyev Sumqayıt şəhər İcra hakimiyyətinin fəxri fərmanı ilə təltif edilib

1136

Sumqayıt şəhər Əmək və Məşğulluq mərkəzinin direktoru Şəfa Əliyev 50 illik yubileyi ilə əlaqədar olaraq işindəki müvəffəqiyyətlərinə görə Sumqayıt şəhər İcra hakimiyyətinin fəxri fərmanı ilə təltif edilib. Bu barədə cari ilin oktyabr ayının 2-də şəhərin idarə və müəssisə rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə qeyd edilib. Müşavirədə Ş.Əliyevə fəxri fərman və qiymətli hədiyyə təqdim edilib. Qeyd edək ki, Şəfa Tiflis oğlu Əliyev 1959-cu ilin sentyabr ayının 30-da anadan olub. O, 1981-2006-cı illər ərzində Sumqayıtın kimya və neft kimya müəssisələrində fəaliyyət göstərib. 1995-ci ilin sentyabr ayından “Azərkimya” Dövlət Şirkəti aparatında, 2001-2003-cü illərdə “Etilen-Polietilen” zavodunda baş iqtisadçı, 2003-cü ildə “Səthi Aktiv Maddələr” zavodunda iqtisadi məsələlər üzrə direktor müavini, 2003-2005-ci illərdə “Azərkimya” Dövlət Şirkətinin vitse-prezidenti və 2005-2006-cı illərdə “Sintezkauçuk” zavodunun direktoru vəzifəsində çalışıb. 2006-cı ildən isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsinin Sumqayıt şəhər Əmək və Məşğulluq Mərkəzinin direktoru vəzifəsində çalışır

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər