“Səhər 8-dir, Laçında həyat qaynayır…” – Video

400

“Nəzarətimizə keçdikdən sonra təkrarən Laçın şəhərinə gəldim. İnanılmaz fərq göz qabağındadır”.

Bu sözləri Laçına gedən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov öz feysbuk hesabında yazıb.

Laçından görüntü paylaşan hüquqşünasın sözlərinə görə, şəhərin hər yerində tikinti, yenidənqurma, bərpa işləri gedir:

“Laçında həyat qaynayır. Şəhər nəhəng tikinti meydançasını xatırladır. Kommunikasiyalar yenilənir, evlər, inzibati binalar, yollar bərpa olunur, şəhər kol-kosdan təmizlənir. Bir sözlə, düşmənin vurduğu “yaralar” sağaldılır…

Əminəm ki, yaxın illərdə Laçın ölkəmizin ən gözəl və rahat şəhərlərindən birinə çevriləcək.

Xalqımız, Dövlətimiz və Ordumuz daima var olsun!”

“Qafqazinfo”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər