Şəhər Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilib

224

“Ağsaqqallar evi”ndə Sumqayıt şəhər Ağsaqqallar Şurasının V hesabat yığıncağı keçirilib. Yığıncaqda şəhər İcra hakimiyyətinin nümayəndələri, Respublika Ağsaqqallar Şurasının sədri akademik Budaq Budaqov, şəhər Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov və şuranın üzvləri iştirak edib. Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən M.Gülümov görülmüş işlər, qarşıda duran vəzifələr barədə danışıb.

Yığıncaq zamanı sədr vəzifəsinə səsvermə keçirilib və M.Gülümov yenidən şuranın sədri seçilib. Bundan əlavə 9 nəfərdən ibarət idarə heyəti və təftiş komissiyası seçilib, yeni nizamnamə qəbul olunub. Toplantıda təşkilatın daimi komissiya sədrləri təsdiq olunub.

Sumqayıt şəhər Ağsaqqallar Şurası 1996-cı ildə təsis edilib. Təşkilatın 265 dayaq məntəqəsi, ümumilikdə 2500 nəfər üzvü var.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər