Şəhərin məhəllə və mikrorayonlarında yollar təmir olunur

795

Sumqayıtda şəhərində küçə və yolların əsaslı təmiri istiqamətində işlər tərtib olunmuş tədbirlər planına əsasən davam etdirilir.

Sumqayıt şəhər İcra hakimiyyətinin başçısının müavini T.Hacıyevin verdiyi məlumata əsasən cari ilin yaz-yay mövsümü ərzində aparılan əsaslı təmir işləri nəticəsində Corat və Hacı Zeynalabdin qəsəbələri ərazisində bütün əsas yollara yeni asfalt örtüyü qoyulmuşdur. İyul ayı ərzində 4-cü, 9-cu və 10-cu mikrorayonlar daxilində yollara asfalt döşənmişdir. Hazırda yolların təmiri 12-ci mikrorayon ərazisində aparılır və ötən həftə ərzində 1500 kvadrat metrlik sahədə təmir işləri yekunlaşdırılıb. Qrafikə əsasən asfalt qoyuluşu bu həftədən etibarən 2-ci mikrorayonda davam etdiriləcək. Planda həmçinin 1-ci, 5-ci, 17-ci mikrorayonlarda, 5-ci məhəllə ərazisində avtomobil və piyada yollarının təmiri nəzərdə tutulub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Rauf Mustafayev
    Avqust 18, 2010 - 23:53

    Maraqlidir, goresen 18-ci mikrarayonun yollarini fikirlesen var?

  • Sahin
    Avqust 23, 2010 - 14:07

    GUzeldiler????? Nese gormurem..

    18ILdir aaaInsacilar qesebesinde qaliram,ele is gormemisem,helede gormurem

    Kimlerse eleyib 2gefe(seckilerde)

    Icra hakimiyyetden qesebemizi taniyan var?????

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər