Şəhid ailələri və müharibə əlillərinə dövlət qayğısı davamlıdır - SUMQAYITDA NÖVBƏTİ İCLAS KEÇİRİLDİ

1409

Sumqayıt şəhər İcra Hakimiyyəti yanında yaradılmış Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib.

Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyəti yanında yaradılmış Əlaqələndirmə Mərkəzinin rəhbəri Gündüz Əliyev bildirib ki, fəaliyyətə başladıqları qısa müddət ərzində bir neçə şəhid ailəsi və qazi işlə təmin olunub və  bir sıra problemlər həll edilib. Belə ki, ötən həftə ərzində 20 nəfər müxtəlif sahələrdə işlə təmin olunub. Məşğulluq marafonu çərçivəsində hazırda mərkəzə 30 vakansiya təqdim olunub. G.Əliyev qarşıda duran vəzifələr və gələcək planlar haqqında ətraflı məlumat verib.

Millət Vəkili Müşfiq Məmmədli bildirib ki, ölkəmizdə şəhid ailələri üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və əlilliyi müəyyən edilmiş şəxslər dövlətimiz tərəfindən daim diqqət və qayğı ilə əhatə olunub. Sumqayıt şəhərində də bu istiqamətdə effektiv işlər həyata keçirilir. Bu baxımdan Sumqayıt şəhər İcra Hakimiyyəti yanında yaradılmış Əlaqələndirmə Mərkəzinin yaradılması təqdirəlayiq haldır.

Millət vəkili gələcəkdə Əlaqələndirmə Mərkəzinin fəaliyyətinin daha da genişləndirilməsi üçün təkliflərlə çıxış edib, tədbir iştirakçılarının suallarını cavablandırıb.

Tədbirdə Sumqayıt şəhərində fəaliyyət göstərən müəssisələrin əməkdaşları da iştirak edib və təkliflərlə çıxış ediblər. Qaldırılan məsələlərin bir çoxu yerindəcə həllini tapıb.

Qeryd edək ki, Əlaqələndirmə Mərkəzinin yaradılmasında məqsəd Sumqayıt şəhərində şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğuna və sosial problemlərinin həllinə dəstək olmaqdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər