Şəhid atası bloqqerə etiraz etdi -Video

733

Şəhid Cavad Hüseynovun atası bloqqer Sevinc Hüseynovanın çəkdiyi videoya etiraz edib.

Ölkəmizdə şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin təmin edilməsi, onların problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən Sumqayıt şəhərində də bu kateqoriyadan olan insanlar diqqət və qayğı ilə əhatə olunub.

Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələri və qazilərlə bağlı qərərgah fəaliyyət göstərir.
Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları mütəmadi olaraq şəhidlərimizin və qazilərimizin ailələrini ziyarət edir, qayğıları ilə maraqlanır.

Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən şəhidlərimizin məzar daşları qoyulub, hazırda Şəhidlər xiyabanında əsaslı təmir işləri həyata keçirilir. Yas mərasimlərinin və əlamətdar günlərin qeyd olunması üçün şəhər İcra Hakimiyyəti tərəfindən dəstək göstərilir. Maddi və mənəvi tədbirləri həyata keçirilir. Şəhidlərimizin ailə üzvlərinin və qazilərimizin məşğulluq məsələləri də diqqətdə saxlanılır, bu istiqamətdə də tədbirlər reallaşdırılır.

Ölkəmizin ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsi uğrunda şəhid olmuş döyüşçü ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların yeni mənzillərlə təminatı dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biridir.

Şəhid ailələri dövlət hesabına mənzillə təmin olunmaq üçün qeydiyyatda olduqları rayon (şəhər) üzrə mənzil növbəsinə götürülürlər.

Bir neçə gün öncə bloqqer Sevinc Hüseynova sosial şəbəkələrdə şəhid Cavad Hüseynovun ailəsi adından həqiqətə uyğun olmayan məlumatlar paylaşıb. Belə ki, bloqqer şəhidin ailəsindən canlı yayım edərək şəhidin mənzil növbəsinə alınamamsı və digər məsələlərlə bağlı ictimai fikirdə çaşqınlıq yarada biləcək əsassız fikirlər səsləndirib.

Şəhid Cavad Hüseynovun atası bloqqer Sevinc Hüseynovanın ailə adından çəkdiyi videoya etiraz edib. Şəhid atası bloqqerin səsləndirdiyi fikirlərin ailənin mövqeyini ifadə etmədiyini diqqətə çatdırıb, ailə üçün açılmış bank hesabına etirazını bildirib.

Qeyd edək ki, Şəhid Cavid Hüseynovun ailəsi Lerik rayonunda qeydiyyatdadır. Ailənin istəyi nəzərə alınaraq şəhidimiz Sumqayıt şəhərində dəfn olunub. Bir müddət öncə şəhidin atası mənzillə təmin olunması üçün Sumqayıt Şəhər İcra Hakikiyyətinə müraciət edib. Şəhid Cavid Hüseynovun ailəsinə məlumat verilib ki, mənzil növbəsinə alınmaq üçün Sumqayıt şəhərinə qeydiyyata düşmək zəruridir. Bununla bağlı ətraflı məlumat verilib və Lerik rayonundan qeydiyyatdan çıxdıqdan sonra mənzil növbəsinə alınacağı vurğulanıb.
Belə bloqqerlərin şəhid ailələrindən öz şəxsi reytinqi ücün istifadə etməsi bizdə təəsüf hissi doğurur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər