Şəhid Nurlan Abdalovun anım mərasimi keçirilib -FOTOLAR

448

Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibəsinin şəhidi Abdalov Nurlan Faiq oğlunun anım mərasimi keçirilib.
Anım tədbirində Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili Tahir Mirkişili, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinin rəisi, general-mayor Natiq Qarayev, Sumqayıt şəhər Cümə Məscidinin Axundu Hacı Rauf Sərdərov, şəhid ailələri, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən millət vəkili Tahir Mirkişili bildirib ki, xalqımızın qüruru, fəxri olan şəhidlərimizin xatirəsi hər zaman əziz tutulacaq və dövlətimiz şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaq.
Millət vəkili qeyd edib ki, təqvimdə bir çox bayramlar var, amma ilk dəfə olaraq bu ildən başlayaraq xalqımız Zəfər bayramını qeyd edəcək. 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz bu Zəfər məhz Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət və şəhidlərimizin, qazilərimizin şücaəti sayəsində reallaşdı.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər