Şəhid Şəhriyarla vida mərasimi keçirilir – FOTO

385

Martın 5-də səhər saatlarında Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat zamanı şəhid olan hərbçimiz 29 yaşlı baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu ilə vida mərasimi keçirilir.

Vida mərasimindən sonra şəhidimiz II Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin rəsmiləri və ictimayyət nümayəndələri iştirak edir.

Qeyd edək ki, 1994-cü ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olan baş leytenant Əlibəyli subay olub, ailənin yeganə övladı idi. Heydər Əliyev adına Hərbi İnstitutun məzunu olan şəhidmiz Vətən müharibəsinin iştirakçısı olub, Prezident İlham Əliyevin sərəncamları ilə “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər