Şəhriyar ermənilərlə, bacısı yunanlarla üz-üzə

1137

Gürcüstanın Batumi şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında Ermənistan millisinə qarşı çıxış edəcək yığmamızın heyəti açıqlanıb.

Oxu.Az xəbər verir ki, Şəhriyar Məmmədyarov qara fiqurlarla Levon Aronyana qarşı oynayacaq.

Ermənistan – Azərbaycan

Levon Aronyan – Şəhriyar Məmmədyarov (qara)

Qabriel Sarqisyan – Teymur Rəcəbov (ağ)

Hrant Melkumyan – Arkadi Naydiç (qara)

Hayk Martirosyan – Rauf Məmmədov (ağ)

Qadın millimizin heyəti isə belə olacaq:

Yunanıstan – Azərbaycan

Anna-Mariya Botsari – Zeynəb Məmmədyarova (qara)

Stavrula Solakidu – Xanım Balacayeva (ağ)

Anastasiya Avramidu – Gülnar Məmmədova (qara)

Haritomeni Markantonaki – Ülviyyə Fətəliyeva (ağ)

Xatırladaq ki, hər iki görüş saat 15:00-da başlayacaq.

10:06

Gürcüstanın Batumi şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında millilərimizin növbəti rəqibləri müəyyənləşib.

Oxu.Az xəbər verir ki, ilk dörd görüşdə qələbə qazanmış kişi millimiz V turda prinsipial rəqibi Ermənistanla qarşılaşacaq.

Dünya reytinqində XI sırada olan və hazırda Olimpiadada altı xalla XIII pillədə qərarlaşan qadın millimiz isə Yunanıstanla qarşılaşacaq. Hər iki görüş saat 15:00-da başlayacaq.

Qeyd edək ki, dünya reytinqində IV sırada olan millimizlə dünyanın VIII komandası olan Ermənistan əvvəlki dörd görüşdə maksimum nəticə göstərərək, səkkiz xal qazanıb. Lakin əlavə göstəricilərə görə millimiz turnir cədvəlində I, Ermənistan isə VII sırada qərarlaşıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər