Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan “Norway Chess” turnirində bu gün növbəti oyununu keçirəcək.
38 yaşlı qrossmeyster VII turda ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək.
Məmmədyarov VI turda armageddonda Uesli Soya (ABŞ) yenilib. O, hazırda 8 xalla beşinci pillədə qərarlaşıb. Nakamura isə 11 xalla ikincidir.
Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1,5, məğlub olan tərəf isə 1 xal əldə edir.
Müzakirə qapadılmışdır.