Şəhriyar Məmmədyarov FIDE Qran-prisinin həlledici mərhələsində mübarizəyə başlayır

311

Bu gün Qüdsdə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Qran-pri yarışının həlledici – IV mərhələsi start götürəcək.

“Report” xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov ilk raundda rusiyalı Dmitri Yakovenko ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Qalib ikinci raundda Sergey Karyakin (Rusiya) – Pentala Harikrişna (Hindistan) cütünün güclüsü ilə üz-üzə gələcək.

Reqlamentə əsasən, olimpiya sistemi ilə keçirilən turnirdə 21 şahmatçının hər biri 3 mərhələdə mübarizə aparır. İlk 2 yeri tutacaq qrossmeysterlər İddiaçılar Turnirinə vəsiqə qazanacaqlar. Hazırda rusiyalı Aleksandr Qrişuk 20 xalla liderdir. Fransalı Maksim Vaşye-Laqrav 13 xalla 2-ci, Şəhriyar Məmmədyarov isə 10 xalla 3-cü sıradadır.

Hər bir mərhələdə qalib şahmatçı hesabına 8 xal yazdırır. İkinci yer 5, yarımfinalda uduzanlar 3, 2-ci raunda yenilənlər 1 xal alır. İlk raunda mübarizəni dayandıranlara xal verilmir. Üstəlik, hər bir mərhələdə tay-brek olmadan qələbə qazanan şahmatçı əlavə 1 xal götürür.

Qeyd edək ki, 2020-ci il İddiaçılar Turniri Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək. 15 mart – 5 apreldə baş tutacaq yarışa 8 şahmatçı qatılacaq. Azərbaycan qrossmeysteri Teymur Rəcəbov, eləcə də amerikalı Fabiano Karuana, çinlilər – Van Xao və Dinq Liren yarışa vəsiqə qazanıblar. Turnirin qalibi Şahmat Tacı uğrunda norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər