Şəhriyar Məmmədyarov finala çıxmaq üçün mübarizəyə başlayır

819

Şahmat üzrə onlayn Çempionlar Turunun “New in Chess Classic” mərhələsində bu gün Şəhriyar Məmmədyarov yarımfinal görüşünə çıxacaq.

Şahmatçımızın rəqibi yapon əsilli ABŞ təmsilçisi Hikaru Nakamura olacaq.

Digər yarımfinal görüşündə turnirin təşkilatçısı və dünya çempionu olan norveçli Maqnus Karlsenlə Ermənistan vətəndaşlığından imtina edərək ABŞ vətəndaşlığını almağa hazırlaşan Levon Aronyan qarşılaşacaq. Yarımfinal görüşləri bu gün və sabah keçiriləcək.

Qeyd edək ki, dünən Azərbaycanın digər təmsilçisi Teymur Rəcəbov 1/4 finalda Maqnus Karlsenə 1,5:2,5 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər