Şəhriyar Məmmədyarov Sinkfild kubokunda rəqibi ilə səkkizinci dəfə sülhə razılaşıb

174

ABŞ-ın Sent-Luis şəhərində təşkil olunan Sinkfild kuboku turnirinin səkkizinci turunun görüşləri keçirilib.

Xezerxeber.az xəbər verir ki, şahmatçımız Şəhriyar Məmmədyarov növbəti turda hollandiyalı Aniş Qiri ilə “sülhə” razılaşıb. Qeyd edək ki, şahmatçımız ötən turların hamısında rəqibləri ilə xalı yarı bölüb. Bu gün keçiriləcək doqquzuncu turda Ş.Məmmədyarov Hindistan təmsilçisi Vişvanatan Anandla mübarizə aparacaq.

Ötən turda yalnız Rusiya təmsilçiləri qələbə qazanıblar. Belə ki, Sergey Karyakin Maksim Vaşe-Laqravı (Fransa), Yan Nepomnyaşi ermənistanlı Levon Aronyanı məğlub ediblər. Amerikalı şahmatçılar Hikaru Nakamuranın həmyerlisi Uesli So, Fabiano Karuananın V.Anand, hazırkı dünya çempionu norveçli Maqnus Karlsenin çinli Dinq Lirenlə qarşılaşmalarında da bərabərlik qeydə alınıb.

Ş.Məmmədyarovun səkkiz turdan sonra aktivində 4 xal var. V.Anand, D.Liren, F.Karuana, S.Karyakin, Y.Nepomnyaşı hərəyə 4,5, M.Karlsen, U.So 4, M.Vaşe-Laqrav, A.Qiri, H.Nakamura 3,5, L.Aronyan 3 xal toplayıblar.

Turnir avqustun 29-dək davam edəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər