Şəhriyar Məmmədyarov sponsor tapıb? – Açıqlama

1441

“Sözsüz ki, Maqnus Karlsen favorit sayılır. Ümumiyyətlə, bütün turnirlərin 90 faizində qalib olmağa əsas namizəddir. Amma bu dəfə birinci olmağa çalışacağam. Çünki 2 dəfə qələbə qazanmışam”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Shamkir Chess” turnirinin açılışında Azərbaycan millisinin şahmatçısı Şəhriyar Məmmədyarov deyib.

O, son zamanlar uğursuz çıxışından danışıb: “Bir turnir mənim üçün uğursuz oldu. Amma sonradan yaxşı oldu”.

Şahmatçımız iddialıların turnirinə vəsiqə qazanmaq şansını da dəyərləndirib: “Bir az çətin olacaq. Artıq reytinqə görə 2 deyil, 1 idmançı getməlidir. Buna görə çətinlik yaranacaq”.

Məmmədyarov sponsor məsələsinə də aydınlıq gətirib. O, gödəkcəsində yazılmış “S” hərfindən danışıb: “Bu geyim sadəcə sponsorun mənə bir hədiyyəsidir. Sponsor məsələləri haqqında sonra danışacağıq”.

“Son zamanlar Azərbaycanın gənc şahmatçılarından kimi iddialı sayırsız” sualına isə o, belə cavab verib: “Belə ad çəkəcəyim adam yoxdur. Şahmatın inkişafı zəifləyib. Gənclərdə o qədər perspektiv görünmür”.

İdmançımız 2020-ci ildə keçiriləcək Olimpiadada uğur qazanmaqdan da söz açıb: “Biz son Olimpiadada uğursuz çıxış etdik. Gümüş medal qazanmaq şansı var idi. Amma alınmadı. İndiyə qədər medal qazanmamışıq. Amma növbəti Olimpiadaya ümid var”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər