Şəhriyar Məmmədyarov Veyk-an-Zee superturnirinin ilk üçlüyündə

1167

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən “Tata Steel Chess” superturnirinin 8-cı turu yekunlaşıb.

Təmsilçimiz Şəhriyar Məmmədyarov Hollandiyalı Aniş Giri ilə görüşüb. Oyun 1:0 hesabı ilə hollandiyalının xeyrinə başa çatıb.

Məmmədyarov 5,5 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Turnirin lideri Giridir, 2-ci yerdə Karlsen Maqnus qərarlaşıb.

Azərbaycan təmsilçisi yanvarın 23-dü 9-cu turda onu 5,0 xalla izləyən rusiyalı Vladimir Kramnikla görüşəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər