Şəhriyar Məmmədyarovdan 1 qələbə, 3 heç-heçə, 1 məğlubiyyət

1248

Rusiyanın Sankt-Peterburq şəhərində şahmatın rapid və blits növləri üzrə dünya çempionatında ikinci yarış gününə yekun vurulub.

Milli.Az report-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanına rəhbərlik edən Kral Salmanın adını daşıyan yarışda rapid növündə kişilər arasında daha 5 tur keçirilib.

Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov rusiyalı Qriqori Oparini yensə də, onun həmyerlisi Yan Nepomnyaşi, çinli Yu Yanq Yi, hollandiyalı Aniş Giri ilə heç-heçə edib və daha bir rusiyalı Maksim Matlakova uduzub. Bununla da Məmmədyarov aktivinə daha 2,5 xal yaza bilib.

Azərbaycanın digər kişi şahmatçılarına gəldikdə, Qədir Hüseynov 1 qələbə qazanıb, 4 heç-heçə edib, Rauf Məmmədov 3 heç-heçə edib, 2 məğlubiyyət alıb.

Bu nəticələrdən sonra Məmmədyarov və Hüseynov hərəyə 6,5 xalla 18 – 38-ci pillələrdə yer alıblar. 5,5 xalı olan Məmmədov 64 – 91-ci yerləri bölüşür.

Qadınların mübarizəsində isə daha 4 tur oynanılıb. Azərbaycan təmsilçilərindən Gülnar Məmmədova görüşlərini 2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, Günay Məmmədzadə və Zeynəb Məmmədyarova hərəyə 2 qələbə, 2 məğlubiyyət, Türkan Məmmədyarova 1 qələbə, 1 heç-heçə, 2 məğlubiyyətlə başa vurub.

Bununla da Məmmədova 5,5 xalla 10 – 21-ci, Məmmədzadə 4,5 xalla 37 – 58-ci, Zeynəb Məmmədyarova 4 xalla 59 – 68-ci, Türkan Məmmədyarova 3,5 xalla 69 – 92-ci pillələrdə yer alıblar.

Qeyd edək ki, rapid növündən mübarizəyə dekabrın 28-də yekun vurulacaq. Kişilər 15, qadınlar 12 tur yarışacaqlar.

Xatırladaq ki, daha əvvəl Gürcüstanın Batumi şəhərindəki 43-cü Ümumdünya Şahmat Olimpiadasında bu gün X turun görüşləri keçirilib. Azərbaycan şahmatçıları Ukrayna və Ermənistan təmsilçiləri ilə qarşılaşıblar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər