Şəhriyar Məmmədyarovun növbəti uğuru

1039

Hollandiyanın Veyk aan Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi “Tata Stil Çes” (Tata Steel Chess) turniri davam edir.

sumqayitxeber.com oxu.az-a istinadən bildirir ki,yeddinci turda qrossmeysterimiz Şəhriyar Məmmədyarov hesabat turunu qələbə ilə başa vurub.

Həmyerlimiz qara fiqurlarla çinli İ Veyi məğlub edib.

Bu nəticədən sonra hesabında 5,5 xal olan Şəhriyar Məmmədyarov turnir cədvəlinin vahid lideridir.

Qeyd edək ki, turnir ümumilikdə 13 turdan ibarətdir.

 Növbəti turda Şəhriyar Məmmədyarov qara fiqurlarla hollandiyalı Aniş Qiri ilə qarşılaşacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər