Səlim Müslümov Sumqayıtda vətəndaşlarla görüşdü

653

A

Pensiyaçılar kolxoz və sovxozlarda işlədikləri müddətin əmək stajlarına əlavə edilməməsindən narazılıqlarını bildiriblər

 

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov aprelin 10-da  Xaçmazda  Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarından, aprelin 11-də isə DSMF-nin Sumqayıtda Sumqayıt şəhəri, Abşeron, Xızı və Qobustan rayonlarından olan pensiyaçılar üçün qəbul keçirib.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundanLent.az-a verilən məlumata görə,  qəbullarda 65 vətəndaşın müraciətinə baxılıb.

 

Xaşmaz şəhərində keçirilən görüşdə 40-dan artıq vətəndaşın müraciətləri dinlənilib, onların problemləri ilə bağlı  tədbirlər görülməsi üçün tapşırıqlar verilib. Görüşdə iştirak edən vətəndaşlar əsasən pensiyaların hesablanmasının bəzi hüquqi aspektləri və stajla bağlı məsələlərə görə müraciət ediblər. Bəzi sakinlər müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə kolxoz və sovxozlarda işlədikləri müddətin əmək stajlarına əlavə edilməməsindən narazılıqlarını bildiriblər.

Sumqayıt şəhərində keçirilən görüşdə isə 25 vətəndaşın müraciəti araşdırılıb. Görüşdə vətəndaşlar əsasən pensiyaçıların tibbi sığortasının olmaması, stajların təsdiqi zamanı hüquqi problemlərə aid məsələləri qaldırıblar. Bütün müraciətlərə operativ qaydada baxılaraq müvafiq tədbirlərin görülməsi barədə şəhər və rayon şöbələrinin rəhbərlərinə və digər vəzifəli şəxslərinə tapşırıqlar verilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Məhəmməd
    Aprel 12, 2013 - 15:38

    DSMF-nin Sumqayıt şöbəsindən haqlı şikayəti olan adamların qəbula düşməyinə imkan verməyiblər.Bu vətəndaşlar hara şikayət etməlidirlər? ona görə imkan verməyiblər. Yəqin ona görə ki, “qaymqağı kimin yediyini pişik yaxşı bilir”.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər