Rəhim Qazıyev, görürsən, birbaşa, müqəddəməsiz bir Qarabağ müharibəsi veteranı kimi sənə müraciət edirəm! Etməyə də bilərdim. İndi vətən uğrunda fədakarlığından, qəhrəmanlığından və s. ağızdolusu danışmağın məni vadar etdi ki, susmayım!..
Sən o Rəhim Qazıyev deyildinmi, Qarabağ hadisələri başlanan bir vaxtda polkovnik rütbəsində, buxarapapaqlı, uzunşərfli, beli naqanlı Qubadlıya gəlib özün kimi başıpozuq adamları başına yığıb təxribatla məşğul olan? O sən deyildinmi, Qubadlının Ermənistanla həmsərhəd olan kəndlərinin erməni quldurlarından qorunmasında canlarından keçən Qubadlı polislərinə şər atan? Guya ki, səni həbs edib, işgəncələrə məruz qoyub və belində olan naqanını da əlindən alıblar. Elə o vaxt bilsəydik ki, sən belə nankor, alçaq və satqının birisən, başından güllə əskik olmazdı!..
O sən deyilmisən ki, Şuşada gedən döyüşlərə bağçılıq edərkən döyüşçülərə digər bölgələrdən göndərilən yardımları, silah-sursatları qarabazara yönəldən? Həmin yardım və silah-sursatlardan da bir maşın Qubadlıdan göndərilmişdi və o yardımımları mənlə Şöbənin digər işçisi – ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülən Vasiliy Əliyevələ gətirmişdik. Sənin ordakı hərəkətlərinin, eləcə də əsgərlərə və əhaliyə qarşı pis münasibətlərinin şahidi olduq.
Özünü hamıya təmiz bir insan kimi təqdim etməyə çalışma! Sən təxribatçı, riyakar, vətən xaini əvvəlcə Qarabağımızın incisi olan Şuşa şəhərinin, sonra isə Laçının düşmənlər tərəfindən işğalına şərait yaratdın. Məhz sənin bu “fəaliyyətin”, “vətənpərvərliyin” sayəsində Şuşa və Laçın rus havadarlarının köməkliyilə ermənilər tərəfindən işğal olundu və orada gedən döyüşlərdə də həlak olan gənclərin günahkarı birbaşa sənsən! Əgər günahkar deyilsənsə, niyə bəs Şuşa və Laçında nə baş verdiyini və kimlərin sifarışi ilə işlədiyni açıqlamırsan? Çünki günahkar sənsən!..
Şuşada olarkən səs yaymışdın ki, Şuşada hərbçilərimizin olduğu kazarmaya ermənilər hücum edib, 9 nəfəri öldürüb və səni də ayağından yaralayıblar.
Sual olunur: Bəs niyə səni öldürməyib, sağ saxlamışdırlar?.. Sənin məhkəməndə aydın oldu ki, Şuşada insanları çaşdırmaq üçün sən belə bir oyun qurmusan. Məhkəmədə o zaman aytomatdan açılan atəş nəticəsində yaralandığını bildirsən də, məhkəmə-tibbi ekspertizanın rəyinə görə ayağının avtomat silahdan deyil, tapança gülləsindən xəsarət aldığı məlum olub. Bunu şahidlər də təsdiq edib
Digər bir sual: Şuşa alınarsa, başıma bir güllə çaxacağam deyirdin, bəs niyə özünü güllələmədin?! Bəs, nə oldu? Axı Şuşa artıq 28 ildir düşməndədir. Başına güllə vurmağa cürətin, qeyrətin çatmaz sənin, ay Rəhim Qazıyev!. Çünki…
Şuşa və Laçının işğalından sonra Qubadlının işğalına şalışdın, əhalinin rayondan çıxarılması üçün 200 yük maşını göndərdin. Rayon əhalisi hiddətləndi və maşınlar geri qaytarıldı. O zaman rayon əhalisi rayona gələn Müdafiə Nazirinin Baş Qərargah rəisi Şahin Musayevə Şuşadan və Laçından çıxan hərbiçilər və texnika ilə sərhəd zonasını möhkəmləndirmək xahişi ilə müraciət etdi. Şahin Musayev isə həmən qüvvələrin Qubadlı ərazisidə mövqe tutmasını təmin etmək, Qubadlı əhalisinin təhlükəsizliyini qorumaq əvəzinə qubadlılara: “heç bir müdafiə tədbiri görülməyəcək, siz də köçün, elə laşınlılar da sizin kimi deyirdilər, sizin də qeyrətiniuz elədir” deyəndə, hiddətlənən əhali onu dartıb yerə saldı və üç gün girov saxladılar. Bunu eşidən sən Rəhim Qazıyev dərhal vertolyotla Qubadlıya gəldin. Hədə-qorxu gəldin, alınmadı. Bir çox yalan vədlər verib, özü kimi vətən xainini, cəsus olan Şahin Musayevi əhalinin əlindən ala bildin.
1992-ci ilin yazında Qubadlının Ermənistanın Gorus rayonu ilə həmsərhəd olan kəndlərinə bir qrup erməni qulduru dinclik vermir, dinc əhalidən girov aparır, işgəncələrə məruz qoyduğu üçün Oubadlı polisləri tərəfindən 5-i Gorus rayonunun milis işçisi olmaqla, 28 nəfər erməni qulduru əsir alınıb Şöbəyə gətirildi. Ancaq 1-2 gün keçməmiş, bu quldurları aldırıb Görusa yox (?), məhz Xankəndinə (Stepanakerd) təhvil verdirtdin. Niyə?
Milli orudnun formalaşması ərəfəsində işini-gücünü atıb Rusiyadan Qubadlıya gələn, əslən rayonun Mahmudlu kəndindən olan, rayonda batolyonun, sonra biriqadanın formalaşmasında böyük rolu və erməni quldurlarına qarşı amansız olan, Ermənistanın Qafqan və Görus rayonlarını həmişə nəzarətdə saxlayan polkovnik Nüsrət Namazovu sənin sərsəm əmrlərinə tabe olmadığı üçün sənin tapşırığınla tutub Yevlaxda erməni əsiri ilə birlikdə 17 gün açıq havada, dəmir barmaqlıq arasında ayaqüstə saxlanıldı. Yalnız Qubadlı camaatının böyük təzyiqindən sonra Nüsrət Namazovu azad olundu. Niyə?
Laçının işğal olunmuş kəndlərinin bir-birinin ardınca sürətlə azad edildiyi bir vaxtda sənin göstərişinlə Əlikram Hümbətovun quldur dəstəsi döyüşdən çıxdı. Laçın-Akara yoli ilə geri qayıdan dəstə rastına gəldiyi kəndləri vahiməyə salıb “erməni qoşunları gəlir, qaçın” deyərık, təxriubat aparırdı. Bu təxribat haqqında o vaxt sənə məlumat veriləndə “Əilkram mənim əmrlərimi yerinə yetirir, onunla işiniz olmasın!”- demişdin. Niyə?
Ağdamda və digər yerlərdə təxibatçı dəstələr yaradıb, döyüşkən yerlərə göndərirdin. Belə bir dəstəni də Qubadlının Çərəli kəndində yerləşdirmişdin. Onlar kənddə və ətrafda təxribat və quldurluqla məşğul olduqları üçün kənd camaatı ilə qarşıdurma yarandı, atışma oldu. Kəndin sakinləri, özünümüdafiə dəstəsinin üzvləri və hazırda müharibə əlili və veteranları olan Şükür Camalov, Firqənd Əliyev o zaman ağır yaralandılar… Həmin dəstə öncə qarət üstündə də biri-birilərini güllələmişdilər də.
Sənin nankorluğun barədə çox deyə bilərik. Sən Azərbaycan xalına qarşı törədilən bu kimi hadisələrin ən böyük günahkarısan!..
Bəxtin onda gətirdi ki, özünü yalandan siyasi məhbus kimi təqdim edib Avropa Şurasının köməkliyi ilə həbsxanadan azad olundun. Çox təəssüf!..
Bax, sən busan, kişilikdən, qəhrəmanlıqdan dəm vuran Rəhim Qazıyev!..
Qafqaz Dəmirov
Qubadlı rayonundan məcburi köçkün, Qarabağ müharibəsi veteranı