“Səyyar könüllülük məktəbi”-nin növbəti təqdimatı oldu

724

“SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatı 6 aprel 2012-ci il tarixində Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt Filialında “British Council – Azərbaycan”-nın maliyyələşdirdiyi “Aktiv vətəndaşlar” proqramı çərçivəsində həyata keçirəcəyi “Səyyar könüllülük məktəbi” layihəsinin təqdimatını etdi.

Hədəf qrupu 15-25 yaş arası gənclər olan “Səyyar könüllülük məktəbi” layihəsi 2 ay müddətində davam edəcək. Layihə ərzində Sumqayıt şəhərində 15 orta təhsil müəssisəsi və 2 ali təhsil müəssisəsi ilə iş birliyi nəzərdə tutulub. İlk öncə Sumqayıt Dövlət Universiteti və Müəllimlər İnistitutunda tələbələrə təlimlər keçiriləcək. Təlimlərdən seçilən 15 aktiv gəncə sonradan təlimçilər üçün təlim və könüllülük anlayışının əsasları öyrədiləcək. Təlimlərdə iştirak etmiş 15 gənc sonrakı mərhələdə hər biri bir orta məktəbdə 50 şagirdə informasiya sessiyaları keçəcəklər. Başlıca məqsədi Sumqayıt gənclərinə fəal vətəndaşlıq, aktiv həyat tərzi, könüllülük prinsipləri və könüllülük fəlsəfəsi haqqında məlumat verməkdir. Gənclərdə könüllü işə həvəs oyatmaq olan layihə müddətində ümumilikdə 800-ə yaxın gənc könüllülük haqqında məlumat əldə edəcək və layihənin sonunda hər qrup kiçik könüllülük fəaliyyəti hazırlayıb həyata keçirəcəklər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər