SOCAR “Xəzər TV”ni aldı – Rəsmən TƏSDİQLƏNDİ

894

Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycanın nəhəng media holdinqi olan “Xəzər Media Mərkəzi”ni alıb.

Unikal.org-un məlumatına görə, SOCAR Media” İctimai Birliyinin sədri Xalik Məmmədov bu gün xalq artisti Murad Dadaşovu Xəzər TV-nin yeni direktoru Murad Dadaşovu kollektivə təqdim edib.

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Unikal.org-a xəbəri təsdiqləyib. İ.Əhmədov bildirib ki, SOCAR-ın maliyyə dəstəyi ilə SOCAR Media” İctimai Birliyi fəaliyyət göstərir: “SOCAR Media” İctimai Birliyi də Azərbaycanda daha əvvəl media qurumlarına dəstək verdiyi kimi, indidə verir.  Xəzər TV-də SOCAR Media” İctimai Birliyinin balansına daxil edilib”.

Qeyd edək ki, Xəzər TV-nin bundan əvvəlki rəhbəri Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər