SON DƏQİQƏ! Rus ordusu Kiyevin mərkəzinə doğru hərəkət edir

535

“Düşmən (Rusiyanı nəzərdə tutur – red.) Ukrayna Hərbi Silahlı Qüvvələrinə məxsus iki avtomobili ələ keçirərək ukraynalı hərbçilərin geyimində Kiyevin mərkəzinə Oboloni istiqamətindən hərəkət edir”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə nazirinin müavini Anna Malyar bildirib.

Onun sözlərinə görə, onların ardınca “düşmənin yük avtomobilləri karvanı hərəkət edir”.

Ukrayna Ali Radasından bildirilib ki, Rusiya Federasiyası silahlı qüvvələrinin təxribat-kəşfiyyat qrupları Ukraynanın mövqelərinin arxa cəbhəsinə dərindən nüfuz etmək məqsədilə Ukrayna Milli Qvardiyasından ələ keçirdikləri maşınlardan istifadə edirlər: “İki “KAZAK”, üç KRAZA və bir “QAZ-66”dan istifadə edən işğalçılar Ukrayna Silahlı Qüvvələrinin hərbi geyimindədirlər. Ukrayna vətəndaşlarından ayıq-sayıq olmalarını və hər hansı bir məlumat aldıqları təqdirdə hüquq-mühafizə orqanlarına məlumat vermələrini xahiş edirik”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər