Son günlər kütləvi şəkilən yayılan virusla bağlı – Açıqlama

1125

Artıq bir müddətdir ki, Azərbaycanda uşaqlar arasında yoluxucu infeksion xəstəlik yayılıb. Daha çox azyaşlılarda təsadüf olunsa da, virus sürətlə yayılır və böyüklərə də keçir. Təhlükəli virus daşıyıcıları 40-a çatan yüksək hərarət, burun axması, boğaz, baş, qulaq, əzələ-sümük ağrıları və şiddətli öskürəkdən şikayətlənirlər.

Virusa yoluxanların əksəriyyəti COVID-19 testi versələr də, nəticələrin neqativ çıxdığını bildirirlər. Bəzi pediatrlar 5 yaşdan kiçik uşaqlar üçün ciddi təhlükə hesab etdikləri bu xəstəliyi virus mənşəli influenza adlandırırlar. Azyaşlılarla yanaşı, yaşı 65-dən yuxarı olanlar, hamilələr və xroniki xəstəliyi olanlar da virusla bağlı risk qrupuna daxildirlər.

Son günlər müşahidə olunan bu infeksiya nədir? Təhlükəsi varmı? Necə qorunmaq olar?

Bu suallarla Səhiyyə Nazirliyinin ekspert mütəxəssisi Erkin Rəhimova müraciət etdik. Pediatr “Qafqazinfo”ya son günlər vətəndaşlar arasında virusun yayıldığını təsdiqləyib: “Son vaxtlar influenza (qrip) virusu geniş yayılıb. Ağır da seyr edir, valideynler çox narahatdır. Bu, koronavirus deyil, bilinən qrip virusudur. Ondan qorunmaq üçün 6 aydan böyük olanlar peyvend vurdura bilər. Sosial məsafə, şəxsi gigiyena və maska taxmaq da qoruyur”.

Xəstəliyin müalicəsinə gəlincə isə E. Rəhimov bildirib ki, müalicəni həkim başlamalıdır: “Xəstə əvvəlcə müayinə edilməlidir, müalicəni həkim təyin etməlidir. Burundan alınmış yaxmada qrip virusu təsdiqlənə bilər. Qrip virusu keçən qış xaric, demək olar ki, hər il geniş yayılıb, keçən il qapanma olduğu üçün yayılmamışdı”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər