“Standard” – “Qarabağ” matçının nəticəsi ləğv edildi

773

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Unibank Premyer Liqasının XV turunda baş verənlərə hüquqi qiymət verilib.

Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, komitə 3 futbolçunu diskvalifikasiya edib.

“Qəbələ” – “Karvan” matçının 54-cü dəqiqəsində meydan sahiblərindən Tomaş Stolpa ilə qonaqların oyunçusu Emin Cəfərquliyev bir-birini vurduğuna görə, birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıblar. Hər iki futbolçu 2 oyunluq cəzalandırılıb, hər iki klub isə 2000 manat cərimə olunub.

“Muğan”ın futbolçusu Tagim Novruzovun cəzası isə 1 oyunluq olub. Novruzov “Neftçi” ilə matçın 73-cü dəqiqəsində əllə oyuna görə ikinci sarı vərəqə alaraq, qovulub. O, növbəti oyunu buraxacaq, klubu isə 200 manat cərimə ödəyəcək.

“Standard klubunu futbolçuları yox, azarkeşləri 2000 manat ziyana salıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Qarabağ”la oyun başa çatdıqdan sonra yerli komandanın tərəfdarları meydançaya daş atıblar. Bu komandaların əvəzedici heyətlərinin oyununun nəticəsi isə ləğv edilib. Buna “Standard”ın təyin olunmuş vaxtda meydançaya çıxmaması səbəb olub. İntizam Komitəsi Sumqayıt klubunu 0:3 hesablı texniki məğlubiyyət və 2500 manat cəriməyə məruz qoyub.

“Bakı” isə “Simurq”la qarşılaşmada 4 futbolçusunun sarı vərəqə alması üzündən 1000 manat cərimələnib.

Mənbə: LENT.AZ

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər