Stolüstü tennis idman növü üzrə şəhər turniri keçirilib

327
28 fevral – 05 mart “İdman həftəsi” çərçivəsində Abşeron – Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 29 fevral 2024-cü il tarixində “5 Mart – Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş stolüstü tennis idman növü üzrə şəhər turniri keçirilib. Turnirin qalib və mükafatçıları medal və diplomla təltif olunub.
Daha sonra “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində və “Alüminiumçu” İdman Evində boks, yunan-roma güləşi üzrə Azərbaycan birinciliyi və çempionatında komanda hesabında birinci yerə layiq görülmüş idmançılarla görüş keçirilib.
+9
Bütün reaksiyalar:

Dilqem Qehremanov, Səadət Hüseyn və başqa 35 nəfər

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər