Peşəkar rəssam olan Lalə Əsgərovanın qeyri-adi üsulla hazırladığı rəsm əsərləri görən hər kəsin diqqətini çəkir.
sumqayitxeber.com Xəzərxəbər-ə istinadən məlumat verir ki, o, ağ parça üzərində rəngli sapları elə gözəl formada toxuyur ki, sonda əsrarəngiz sənət əsəri ərsəyə gəlir.
İndiyə kimi bu üsulla təxminən 50 şəkil hazırladığını, lakin maraq çox olduğu üçün iş bitən kimi əsərlərinin alındığını bildirir.
Lalə Əsgərovanın sözlərinə görə, millət vəkilləri, tanınmış iş adamları və dövlət xadimləri ilə yanaşı, dünyaca məşhur ulduzlar da onun əl işlərinə maraq göstərir. Hətta məşhur futbolçu Suarez də Lalə xanımın iki əsərini alıb. Əsərlərin qiyməti ölçüsünə görə dəyişir. İndiyə kimi ən bahalısını 600 manata satdığını bildirir.
Lalə Əsgərovanın ən böyük arzusu davamçısının olmasıdır. O, bu iş vaxt aparan və səbir tələb edən olduğuna görə heç kimin maraq göstərmədiyini bildirir.
Müzakirə qapadılmışdır.