“Sülh Korpusu” Sumqayıtda and içəcək

699

“Sülh Korpusu” təşkilatının könüllülərinin andiçmə mərasimi keçiriləcək

9 dekabr 2010-cu il tarixdə Sumqayıt şəhər Səməd Vurğun adına Mədəniyyət Sarayında Amerika Birləşmiş Ştatlarının Sülh Korpusu (“Peace Corps”) təşkilatının könüllülərinin andiçmə mərasimi keçiriləcək. Mərasimdə İngilis dilinin Tədrisi proqramı üzrə 32, Gənclərin İnkişaf Proqramı üzrə 14, İcmanın İqtisadi İnkişaf Proqramı üzrə 16 Könüllü and içəcək.

Qeyd edək ki, Sülh Korpusu 1961-ci ildə Con F. Kennedi tərəfindən təsis edilib. Korpusun məqsədi dünyada sülh və əmin-amanlığın qorunması üçün xalqların bir-birini tanımasına, bir-birinin mədəniyyətlərini öyrənməsinə nail olmaq, inkişaf etməkdə olan ölkələrə mütəxəssis yardımı göstərməkdir. Korpusun Azərbaycan nümayəndəliyi 2003-cü ildə yaradılıb. 2006-cı ildən etibarən isə könüllülərin xidmətdən əvvəlki təlimi də Sumqayıt şəhərində keçirilir. 10 həftəlik təlim çərçivəsində könüllülər yerli ailələrdə məskunlaşır, həmçinin Azərbaycan dilinin tədrisi kursları keçirlər, növbəti iki il üçün fəaliyyətə hazırlanırlar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər