Sumayıt şəhərində pulsuz psixoloji və hüquqi xidmətlər göstərilir-ELAN

757

 

Bu gün dünyada insan alveri öz miqyasına görə silah və narkotik alverindən sonra üçüncü geniş və ən çox gəlir gətirən sahə hesab olunur.
Təcrübə göstərir ki, bir çox insan hələ də insan alverinin nə olduğunu bilmir və bu səbəbdən çox asandlıqla insan alverinin qurbanına çevrilir.

İnsan alveri ilə mübarizədə ən yaxşı vasitələrdən biri maarifləndirmə kampaniyalarının aparılması, həssas qrupa daxil olan şəxslərin ehtyaclarının düzgün qiymətləndirərək onlar üçün müxtəlif xidmətlərin təşkil olunmasıdır.

Ölkəmizdə insan alverinə qarşımübarizənin səmərəlliyini yüksəltmək məqsədilə 01.09.2022 tarixdən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi tərəfindən “Insan alveri ilə mübarizə sahəsində əhalinin maarifləndirilməsi və fərdiməlumatlandırılmasına yönəlmiş regional proqram” layihəsinin icrasına başlanmışdır.

Layihə çərçivəsində həssas qrupa və risk qrupuna daxilolan şəxslər üçü fərdi psixoloji, hüquqi, sosial xidmətlər təşkil olunacaq, insan alveri mövzusunda TV verlişlər yayımlanacaq, əhalinin müxtəlif qruplarını təmsil edən şəxslr arasında sorğulat təşkil olunacaq.
Layihə çərçivəsində həmçinin insan hüquqlarının müdafiəsi sahəsində çalışan qurumlarınnümayəndələri, praktik hüquqşünaslar, vəkillər və sosial aktiv şəxslər üçün xüsusi təlimlər təşkil ediləcək.

Layihənin imkanlarından yararlanmaq istəyən şəxslər, onun icrasında könüllü qismində iştirak etmək arzusunda olanlar bu əlaqə nömrələri ilə təşkilata müraciət edə bilərlər:
(50) 680 22 22, (50) 300 87 88, (01864) 64 24827
Ünvan: Sumqayıt şəh, 1-ci mikr, bina 45b, Mərkəzi kitabxananın yanındakı hündürmərtəbəli binanın 1-ci mərtəbəsi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər