“Sumqayıt” 1237 gündən sonra səfərdə üç qol vurub

327

“Sumqayıt” Azərbaycan Premyer Liqasında üç il beş aydan sonra rəqib meydanında 3 qol vurub.

“Report” xəbər verir ki, Samir Abasovun baş məşqçi olduğu komanda XXVIII turda “Turan Tovuz”u məğlub edib.

“Gənclik şəhəri” təmsilçisinin sonuncu belə məhsuldarlığı 2019/2020 mövsümündə qeydə alınıb. Tovuz səfərindən 1237 gün əvvəl 2019-cu il noyabrın 10-da “Sabah”ın qonağı olan komanda 3:1 hesablı qələbə qazanıb.

Bundan sonrakı 46 səfər oyununda “Sumqayıt” ikidən çox qol vura bilməyib. 19 dəfə qolsuz qalan komanda 20 matçda 1, 7 qarşılaşmada 2 dəfə fərqlənib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər