Sumqayıt 2025-ci ilin Gənclər paytaxtı seçildi

2553

Gənclər və İdman Nazirliyinin növbəti kollegiya iclası keçirilib.

Kollegiyanın sədri, nazir Fərid Qayıbovun sədrliyi ilə baş tutan toplantıda gündəliyə əsasən, 2024-2025-ci illər üçün idman paytaxtlarının və 2025-ci il üçün gənclər paytaxtının seçilməsi məsələləri müzakirə edilib.

Namizəd şəhərlərin nümayəndələri təqdimatla çıxış edərək məlumat veriblər. Təqdimatlardan sonra elektron səsvermə nəticəsində Quba 2024-cü il, Qəbələ isə 2025-ci il üçün “İdman Paytaxtı” seçiliblər.

Kollegiyada həmçinin 2025-ci il üçün Gənclər Paytaxtı da məlum olub. Namizəd şəhərlərin təqdimatından sonra Sumqayıt şəhəri 2025-ci il üçün “Gənclər Paytaxtı” seçilib.

Xatırladaq ki, bu il yanvarın 19-da keçirilmiş Kollegiya iclasında Lənkəran şəhəri 2024-cü ilin “Gənclər Paytaxtı” seçilib.

Dövlət qurumlarının əməkdaşları arasında gələn il keçiriləcək idman yarışlarının planı da müzakirə edilərək qəbul olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər