“Sumqayıt – 70: uğurlu inkişaf yollarında”nın qalibi hansı komanda oldu? – FOTO

1006
Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının təşkilatçılığı ilə ərazi ilk partiya təşkilatları arasında “Sumqayıt – 70: uğurlu inkişaf yollarında” mövzüsunda “Nə ? Harada ? Nə Zaman ?” İntellektual oyunu üzrə şəhər çempionatı keçirilib.
Yarışmada Sumqayıt şəhər Təhsil şöbəsinin “İntellekt”, Sumqayıt şəhər Səhiyyə şöbəsinin “Healthy”, Azərikimya İB –nin “SOCAR”, “Kimyaçı”, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Regional Sumqayıt “ASAN xidmət” mərkəzinin “Mübarizlər”, YAP Sumqayıt şəhər təşkilatının “Albatros”, Sumqayıt şəhər Gənclər İdman Baş İdarəsinin “Excalibur”,  Sumqayıt şəhər Gənclər Evinin “Gənclik”, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin “Qızıl Aypara” komandaları şəhər çempionatında iştirak ediblər.
On komandada 60-a yaxın iştirakçının yarışdığı şəhər çempionatının qalibi adını  “Azərikimya” İB –nin “SOCAR” komandası qazanıb. Sonrakı yerləri müvafiq olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin “Qızıl Aypara” və Sumqayıt Gənclər Klubunun “Zirvə” komandaları tutublar.
YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov bildirib ki, “Sumqayıt – 70: uğurlu inkişaf yollarında” mövzüsunda “Nə ? Harada ? Nə Zaman ?” intellektual oyunu üzrə şəhər çempionatının partiya tərəfindən keçirilən silsilə tədbirlərin tərkib hissəsidir və bu istiqamətdə tədbirlər ilboyu davam etdiriləcək.
Sonda qalib komandaları YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev və “Azərikimya” İstehsalat Birliyinin Sosial İnkişaf şöbəsinin məsul şəxsi Bəxtiyar Musayev fəxri fərmanlarla təltif ediblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər