“Sumqayıt Asan” vəkil bürosunun yaranması ilə bağlı qərar qəbul olunub

1192

Yanvarın 14-də Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib.

Vəkillər Kollegiyasından verilən məlumata görə, iclasda Sumqayıt Apellyasiya Məhkəməsinin sabiq sədri, Ağır cinayətlərə dair işlər üzrə Hərbi Məhkəmənin sədri İkram Kərimov vəkil andı içərək Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilib. Eyni zamanda, Rəyasət Heyətinin qərarına əsasən, bugünkü iclasda yaradılan Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasına rəhbərlik İkram Kərimova tapşırılıb.

Bundan başqa, iclasda yeni vəkil qurumlarının təsis edilməsi ilə bağlı qərarlar qəbul olunub. Belə ki, Bakıda fəaliyyət göstərəcək “Fides”, “Sumqayıt Asan”, Goranboy və Yevlax vəkil bürolarının təsis olunması barədə məsələlərə baxılaraq, müsbət qərarlar qəbul edilib.

İclasda vəkillər barəsində başlanılmış 23 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəyləri də müzakirə edilib. Qanunvericiliyin tələblərini pozduğuna görə 1 vəkilin fəaliyyətinin dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilməsi barədə qərar qəbul olunub. Həmçinin 1 vəkilə irad, 4 vəkilə xəbərdarlıq verilib, 15 iş üzrə isə pozuntu aşkar edilmədiyi, həmçinin daxil olmuş şikayətlərdəki məlumatlara hüquqi qiymət verilməsi mümkün olmadığı üçün intizam icraatlarına xitam verilib. İki intizam işi üzrə isə əlavə araşdırma aparılması ilə əlaqədar məsələ növbəti iclasda baxılanadək təxirə salınıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər