Sumqayıt “ASAN Xidmət” mərkəzində könüllü işləmək istəyənlərin nəzərinə

2298

Azərbaycanlı fəal gənclərin nəzərinə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2 saylı Bakı “ASAN xidmət” mərkəzinə (Xətai rayonu) və Sumqayıt “ASAN Xidmət” mərkəzinə könüllü əsaslarla işləmək arzusunda olan gənc oğlan və qızları əməkdaşlığa dəvət edir.

CV-lərin qəbulu 2013-cü il 5-20 aprel tarixləri arasında həyata keçiriləcəkdir. CV-lərinizi hr@asan.gov.az ünvanına göndərə bilərsiniz. Göndərmə zamanı mövzu (subject) yerinə “Könüllü” sözünü qeyd edin.

Mərkəzlərdə könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Agentlik tərəfindən xüsusi diplomlar və müsbət xasiyyətnamə veriləcəkdir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır.

Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:

  • İntizamlılıq;
  • Xoşrəftarlılıq;
  • Ünsiyyətcillik;
  • Operativlik;
  • Kollektivdə işləmək bacarığı;
  • Təşkilatçılıq;
  • Təşəbbüskarlıq;
  • Kompüter bacarığı;

Könüllülük əsasında cəlb edilənlərin görəcəyi işlər:

  • Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN Xidmət” Mərkəzlərində könüllü fəaliyyətin həyata keçirilməsi;
  • Əlillərin ASAN Xidmət Mərkəzində daha asan xidmət almasına dəstək, xidmət müddətində qayğının göstərilməsi;
  • Mərkəzə gəlmiş valideynlərin uşaqlarına xüsusi qayğının göstərilməsi;
  • Vətəndaşların qarşılanması, elektron lövhələrdən istifadəsinə köməkliyin göstərilməsi;
  • ASAN Xidmət mərkəzlərində fəaliyyət göstərən xidmətlər üzrə mərkəzlərə müraciət edən vətəndaşlara düzgün izah verilməsi;
  • Müraciətlərə əsasən anketlərin doldurulması və doldurulmasına köməkliyin göstərilməsi;
  • Vətəndaşların məlumatlandırılması və digər köməkliklərin göstərilməsi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Vəfa Xudiyeva
    Aprel 6, 2013 - 21:14

    Salam, Sumqayıt şəhərində fəaliyyətə başlayacaq “ASAN XİDMƏT” Mərkəzində işləmək üçün CV-ni hansı elekton ünvana göndərmək yaxud haraya təqdim etmək lazımdır?

  • Gunel
    Aprel 8, 2013 - 19:34

    Salam.Bu iki aylıq könüllü iş rejimi her gün saat neçeden neçeye qədər davam edir?Əvvəlcədən təşəkkürlər!

  • Gulnar
    Aprel 9, 2013 - 12:10

    Salam. Olar ki CV-nimerkezin ozune hazir veziyyetde teqdim etmek?

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər