"Sumqayıt" avrokuboklara çıxacağı halda, hansı stadionda oynayacaq?

1716

“Sumqayıt” tarixində ilk dəfə avrokuboklara çıxacağı halda rəqiblərini Bakıda qəbul etməyi planlaşdırır. Klubun prezidenti Kamran Quliyev Sport24.az-a açıqlamasında Avropa Liqası matçalrının “gənclik şəhəri”ində – “Kapital Bank Arena”da keçirilməsi perspektivinin az olduğunu bildirib.

Hətta bunun gerçəkləşməsi üçün çoxsaylı xahişlərin olacağı halda, buna müsbət cavab verilməsi real görülmür. Quliyev bu üzdən diqqətlərini paytaxta yönəltdiklərini söyləyib: “Mart ayının sonunda AFFA bizdən bütün sənədləri istəyir və artıq bu haqda rəsmən məlumatlanmışıq. Bu istər AFFA-yla, yəni daxili yarşlarda, istər də UEFA-yla – avrokuboklarda iştirala bağlıdı. Bunlar martın sonunadək təqdim olunmalıdı. Həmin vaxt stadion seçimimiz rəsmən bəlli olacaq. Hasnsı stadionda oynayacağımızla bağlı indidən dəqiq bir şey demək olmaz. Ola bilər ki, başqa klub həmin stadionu sifariş etsin. Artıq ölkədə, paytaxtda UEFA-nın qəbul etdiyi yetərincə stadion var – “Bakcell Arena”, “Dalğa Arena”, “Bayıl Arena” və Tofiq Bəhramov adına Respublika stadionu və sair”.

Samir Abasovun komandası çempionatda 4-cü yerdə gegtdiyindən və ölkə kubokunda yarımfinala çıxdığından Avropa Liqasında iştirak etməyə yaxşı şansa malikdi.

Xatırladaq ki, “Sumqayıt” “Kapital Bank Arena”da süni qazonunun təbii ot örtüyü ilə dəyişdirilməsiylə bağlı mart ayından işləyə başlamağı planlaşdırdığından, son dövrənin matçlarını Bakıda keçirəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər