Sumqayıt Azərbaycanın ən sürətlə böyüyən şəhərləri sırasında

50

SUMQAYITA KÖÇƏNLƏRİN SAYI SÜRƏTLƏ ARTIR

Azərbaycanda son 10 ildə əhalinin məskunlaşma xəritəsi nəzərəçarpacaq dərəcədə dəyişib.

“AzPolitika” xəbər verir ki, ən diqqətçəkən göstərici Abşeron rayonuna məxsusdur. Rayonun əhalisi 114 % artaraq ölkə üzrə ən yüksək göstəricini nümayiş etdirib. Bu artımın əsas səbəbləri Bakının genişlənməsi, yeni yaşayış komplekslərinin tikilməsi, nəqliyyat imkanlarının yaxşılaşması və paytaxtda mənzil qiymətlərinin yüksək olması fonunda insanların Abşerona köçməsidir.

28,4 % artımla Sumqayıt şəhəri də ən sürətlə böyüyən yaşayış məntəqələrindən biridir. Paytaxta yaxınlığı, sənaye müəssisələrinin fəaliyyəti və yeni yaşayış kompleksləri şəhərin əhali artımını sürətləndirən əsas amillər sırasındadır. Bu illərdə Sumqayıt əhalisinin sayı təxminən 95 min nəfərə yaxın artıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər