Sumqayıt Azərbaycanın yaşıl gələcəyinə öz töhfəsini verir – VİDEOREPORTAJ

689

Sumqayıt Texnologiyalar Parkı (STP)regionda texnoparkların yaradılmasında pioner olmaqla, Azərbaycanın həm daxili, həm də xarici bazarının tələbatını tam ödəmək qabiliyyətinə qadirdir. STP-nin bütün zavodları Avropada istehsal olunmuş ən yeni texnoloji avadanlıqla təchiz olunub. İstehsal prosesində istifadə olunan xammallar da Avropanın qabaqcıl ölkələrindən idxal olunur. Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafının bariz nümunəsi olan Sumqayıt Texnologiyalar Parkının ümumi sahəsi 250 hektardır və texnoparkda 2000-ə  yaxın  işçi çalışır.Texnoparkın məhz Sumqayıtda yaradılması Azərbaycanın iqtisadi cəhətdən inkişafına əhəmiyyətli dərəcədə təkan verməklə yanaşı, vaxtılə Qafqazda sənaye mərkəzi kimi yaradılan Sumqayıtın tarixi ənənələrinin bərpası deməkdir. Sumqayıt Texnologiyalar Parkı  müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir.17 zavodu və 25 müxtəlif istehsal sahəsini   özündə birləşdirən  bu  layihə  Azərbaycanın həm daxili, həm də xarici bazarının tələbatını tam ödəmək qabiliyyətinə qadirdir. 2010-cu ildən etibarən Sumqayıt Texnologiyalar Parkında Elektrik Avadanlıqları zavodu fəaliyyətə başlayıb.

Zavodda müxtəlif təyinatlı sexlər fəaliyyət göstərir. Elektrik avadanlığı zavodunda  sifarişə uyğun olaraq günəş kollektorları da istehsal olunur. Yüksək səmərəli günəş kollektorların istehsalı ilə Sumqayıt Texnologiyalar Parkı Azərbaycanın yaşıl gələcəyinə öz töhfəsini verir. Bu avadanlıq suyun qızdırılması üçün təkmilləşdirilmiş material və texnologiyalar vasitəsilə günəş enerjisindən istifadə edir. Günəş kollektorlarının hazırlanmasında müasir tələblərə cavab verən, avtomatlaşdırılmış, kompyuter sistemi ilə idarə olunan Almaniya, Türkiyə və Koreya istehsalı olan dəzgah və avadanlıqlardan istifadə edilir. İstehsal olunan günəş kollektorları 1 saatda 100 litr suyu hava şəraitindən asılı olaraq 40C-80°C və daha artıq qızdırma gücünə malikdir. Günəş kollektorları insan sağlamlığına zərərsiz, təbiəti qoruyan, illərlə işləyə biləcək, dayanıqlı məhsullardır.panel mis borular üzərinə mis seçici üzlü lövhəhin ultrasəs qaynaq texnologiyası ilə qaynaq olunaraq hazırlanır.

Müəssisədə həm qapalı, həm açıq hava şəraitində istifadə olunan, həmçinin divariçi istifadə üçün nəzərdə tutulan və iri monitorlu ödəniş terminalları da istehsal olunur.Zavodda həmçinin 2013 cü ildən etibarən “Schneider electric” firmasının lisenziyası əsasında paylayıcı yuvalar da istehsal olunur.Elektrik Avadanlıqları Zavodunda SM-6 seriyalı modul tipli yuvalar,sepam-rele qoruyucu,avtomatlaşdırma,nəzarət və diaqnostika cihazı,elektrik dolabları,ayırıcılar,elektrik açarlar və sip kabelləri üçün aksesuarlar,açıq havada dayanan transformator yarımstansiyası  dəsti,xarici paylayıcı qurğu dəsti,bir və çox yerli sayğac dolabları,kabel xətti üçün əsas və köməkçi dayaqlar istehsal olunur.

Sayğaclaşma prosesinin geniş vüsət alması ilə əlaqədar olaraq Elektrik Avadanlıqları zavodunda son vaxtlarda bir və çoxyerli sayğac dolablarının istehsalı da artan templə davam etməkdədir. Zavodda 1, 2, 6, 8, 10, 12, 16 yerli sayğac dolabları istehsal olunmaqdadır.

Müxtəlif qabarit və ölçülərə malik olan bu dolabların gövdəsi toz boya ilə rənglənmiş poladdan hazırlanır ki, bu da onun uzunömürlüyünə, sayğaca kənar müdaxilələrin qarşısının alınmasına təminat verir. STP ihtehsalı ventilyasiya sistemləri hava axınını yönəltməsi, isti və soyuq hava kütləsinin dövriyyəsi üçün nəzərdə tutulub. Bu sistemlər istehsalat, inzibati və yaşayış binalarda,ofislərdə, yeraltı nasos otaqlarında və  digər  yerlərdə quraşdırılır.

STP havalandırma borularını istehsal edən Elektrik Avadanlıqları  Zavodu  yüksək keyfiyətli, dünya standartlarına cavab verən avadanlıqlarla təmin edilmişdir. Burada, istehsalatda ən müasir texnologiyalardan istifadə edilir. Bunun sayəsində   nəinki iri həçmlı sifarişlərin yerinə yetirilməsini, hətta məhsulun yüksək keyfiyyətini təmin edilir. Müəssisədə həm qapalı,həm açıq hava şəraitində istifadə olunan, həmçinin divariçi istifadə üçün nəzərdə tutulan və iri monitorlu ödəniş terminalları da istehsal olunur.

STP istehsalı hava ötürücü borular və fitinqlər əsasən sinklənmiş dəmirdən istehsal edilir, ancaq ki lazımi təqdirdə aluminium,paslanmayan dəmir və s. materiallardan istehsal edilə bilər. Sualtı və yeraltı keçidlər istisna olmaqla, kaloriferi yelləyənin ön hissəsində quraşdırmaq şərti ilə, istənilən yerdə quraşdırıla bilər.

SUMQAYİTXEBER.COM Sumqayıt Texnologiyalar Parkı Elektrik Avadanlıqları zavodundan hazırlanmış VİDEOREPORTAJI təqdim edir: 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər