“Sumqayıt” baş məşqçisi ilə müqaviləni yeniləyib

1148

“Sumqayıt” klubu əsas komandanın baş məşqçisi Ayxan Abbasovla müqavilənin müddətini uzadıb.

Bu barədə “Report”a 38 yaşlı mütəxəssisin özü məlumat verib. O, klub rəhbərliyi ilə əməkdaşlığı davam etdirmək üçün ortaq məxrəcə gəldiklərini və bir il müddətinə anlaşdıqlarını söyləyib.

Qeyd edək ki, Abbasov “Sumqayıt”ın baş məşqçi postuna ötən il noyabrın 14-də təyin olunub. Onun rəhbərlik etdiyi kollektiv Premyer Liqada mövsümü 29 xalla 6-cı pillədə başa vurub və Sumqayıt futbolu tarixində ilk dəfə Azərbaycan Kubokunun finalına yüksəlsə də, “Qəbələ”yə uduzub. Həmin matçdan sonra gənc mütəxəssis komandanı tərk etmək ehtimalının yüksək olduğunu bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər