Sumqayıt Bulvarında genişmiqyaslı dezinfeksiya işləri aparılıb

715

Sumqayıt şəhərində genişmiqyaslı dezinfeksiya işləri aparılıb. Dezinfeksiya tədbirləri şəhərin ən çox ziyarət edilən məkanlarından biri olan Sumqayıt Bulvarını əhatə edib.

Şəhər rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilən bu tədbirlər Bulvarın bütün ərazisini əhatə edib.

Dezinfeksiya işləri sakinlərin gündəlik istirahətinə maneə törətməmək üçün gecə saatlarında aparılıb.

Sumqayıt şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, dezinfeksiya işləri xüsusi texnika və müasir vasitələrdən istifadə edilməklə həyata keçirilib.

Sumqayıtın digər ərazilərində də dezinfeksiya işlərinin davam etdiriləcəyi bildirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər