Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb və Fondun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası təsdiq edilib. Fondun vəsaitlərinin formalaşması mənbələri sırasında dövlət büdcəsi ilə yanaşı, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri də yer almışdır.
Sumqayıt şəhərində ilk olaraq CUMQAYIT CITY MTK Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat məbləğində vəsait köçürüb.
Qeyd edək ki, Sumqayıt şəhərində də dövlətimizə həmrəylik əlaməti olaraq hüquqi və fiziki şəxslər könüllülük və sosial məsuliyyət prinsipləri əsasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürmələrdə fəallıq nümayiş etdirirlər.