“Sumqayıt” daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb.
“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, kapitan Vurğun Hüseynov və Cavid Tağıyevdən sonra Bəxtiyar Həsənalızadə də komandada qalmağa qərar verib. 25 yaşlı mərkəz müdafiəçisi ilə 1 il sözləşmə imzalanıb.
Qeyd edək ki, 2011-ci ildən “Sumqayıt”ın formasını geyinən Həsənalızadə 144 dəfə meydana çıxıb.
“Sumqayıt” daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb
•
1347