“Sumqayıt” daha bir iranlı futbolçu transfer edir

964

“Sumqayıt” qış fasiləsində növbəti transferə hazırlaşır.

Qol.az “Persianfootball” nəşrinə istinadən xəbər verir ki, “kimyaçılar” iranlı futbolçu Höccət Haqverdi ilə razılıq əldə edib.

İranın “Paykan” klubu ilə yollarını ayıran 28 yaşlı mərkəz müdafiəçisi ilə tezliklə müqavilə imzlanacağı bildirilib.

Qeyd edək ki, “Sumqayıt”da İrandan olan Adəm Hətami və milliləşdirilərək Azərbaycan yığmasına cəlb olunan Əli Qurbani də çıxış edir.

Xatırladaq ki, “Sumqayıt” qış fasiləsində “Neftçi”dən Cabir Əmirlini də icarəyə götürüb

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər