Sumqayıt Dövlət Dram Teatrı “Əsgərə məktub” aksiyasına qoşuldu

1040

Sentyabrın  27-dən bu günədək həyacan və qürur hissi ilə müzəffər Azərbaycan Ordusunun qələbəsini izləyir, Ali Baş Komandanın qətiyyəti, taktiki-manevr qabiliyyəti ilə fəxr edirik. Azərbaycan əsgərinin cəbhədə göstərdiyi şücaət, düşmən mövqelərinin darmadağın edilməsi qəlbimizi sevinc hissi ilə coşdurur.
Biz sənət adamlarıyıq. Missiyamız insanlara mənəvi güc vermək, dəstək olmaqdır. Yaradıcı heyətimiz ön xəttdə yurd torpaqlarını ermeni qəsbkarlarından azad edən cəsur döyüşçülərə mənəvi-ruhi dəstək niyyəti ilə videoçarx hazırlayıb. Düşünürəm ki, Vətən sevdasını, Bayrağın müqəddəsliyini, qan yaddaşını məzmununda ehtiva edən çarxımız əsgərlərimizdə Qələbə coşqusu yarada bilməkdədir.

Hazırda dünyanın qüdrətli orduları sırasında yer alan Azərbaycan Ordusu  maddi-texniki təchizatına görə də öndədir. Lakin hər vətəndaş, hər təşkilat ürəyinin cəbhə ilə bir döyünməsinin anlamı kimi orduya simvolik yardım göstərir. Teatrımızın rəhbər və işçi heyəti də könüllü şəkildə məvaciblərindən müəyyən məbləğı bu niyyətlə  ianə edib. Bu günlərdə Azərbaycanın Ali Baş Komandanı ən yeni tarixin şöhrət səhifəsini yazır, Ali Baş Komandanın əmri ilə döyüş meydanına atılan, düşmənin canına qorxu salan azərbaycan əsgəri içdiyi anda sadiq qalaraq cəsarətlə düşmənin üzərinə gedir. Qələbəyə, böyük Qayıdış gününə lap az qalıb.  Yurdundan didərgin düşən soydaşlarımız həyəcan içərisində Böyük Qayıdış anına hazırlaşırlar.

Cəbhədəki əsgərləri ruhlandıran, onlara minnətdarlıq və qələbə əzmi ifadə edən “Əsgərə məktub” aksiyasına Sumqayıt Dövlət Dram Teatrı da böyük şövq və sevgi ilə qoşulub. Yaradıcı heyətin hər birinin məktubunda müqəddəs duyğular, alqışlar yer alıb. Məktublardan sətirləri təqdim edə bilərik.
-İgid əsgərim mənim! Möhkəm dayan. Qələbə səninlədir!
-Şanlı Ordumun igid əsgəri ! Qələbə ilə qayıt.
-Qorxmaz, cəsur əsgər qardaşım! düşmənə Azərbaycan ordusunun nəyə qadir olduğunu isbatla.
-Tanrı səni qorusun! Əsgərim!

-Qüdrətli Dövlətimin  cəsur əsgəri!  Səninlə fəxr edirik! Qələbə sonrası Səni və əsgər yoldaşlarını teatrımızda görməkdən məmnun olarıq.
-Vətənimin igid oğlu! Sayənizdə Şəhidlərimizin qanı  yerdə qalmadı. Sağ salamat və Qələbə ilə qayıdışınızı gözləyirik.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər