Sumqayıt Dövlət Universiteti davamlı inkişaf yolundadır

264

SDU 60

Bir gün Xəzərin sahilində, boz, qumlu, qayalı düzəngahda kiçik baraklar görünməyə başladı. Sonra çox mərtəbəli binalar, nəhəng zavodların tikintisinə sanki yarış tipli bir “başla” komandası verildi. Boz qaylı, tikanlı səhralıq canlanan, daim qaynayan bir həyatın məskəni oldu. Xəzərin sahilində mirvari kimi parlayan gözəl şəhər – Sumqayıt dünyaya gəldi. Bu şəhərdə yaşayanların, çalışanların qayğısına qalmaq da yaddan çıxmadı. Xəstəxanalar poliklinikalar, uşaq bağçaları, orta məktəblər, texnikumlar və nəhayət Ali Texniki Təhsil ocağı – Sumqayıt Dövlət Universiteti yaradıldı.

Ölkəmizin hərtərəfli inkişaf tempinə uyğun olaraq Sumqayıt təhsili də inkişaf edir, təhsildə köklü və mütərəqqi islahatlar hər zaman vaxtında aparılır.

Sənaye şəhəri olan – keçmiş SSRİ məkanının kimya sənayesinin flaqmanı olan Sumqayıt kimya zavodlarında proseslərə nəzarət, kimyəvi avadanlıqların quraşdırılması kimi işlərin səmərəli və keyfiyyətli həyata keçirilməsi üçün elə yerindəcə kadr hazırlanmasına tələbat günü – gündən artırdı. Məhz bu problemlərin həlli üçün Sumqayıt Dövlət Universiteti yaradılmış və yarandığı gündən bu vaxta gədər tək respublikada deyil, ondan kənarda da fəaliyyət göstərən savadlı mütəxəssislər, kadrlar hazırlanmışdır.

Zaman irəlilədikcə dünyada elm və texnologiyalarda durmadan sıçrayışla inkişaf edir. Azərbaycan elmi və təhsili də inkişaf edərək qabaqcıl ölkələrin elm və təhsil sisteminə intiqrasiya edir.

60 yaşı olacaq Sumqayıt Dövlət Universitetinin uğurları onun məzunlarında, tələbələrində, müəllim – professor heyətində, ümumiyyətlə bütün Sumqayıtlılarda sonsuz sevinc və qürur hissi doğurur. Universitetin qazandığı uğurların təməlində daim yeniləşmək, novatorluq ənənələrinə sadiq qalmaq, müasir dövrün dinamik inkişafı ilə ayaqlaşmaq durur.

Ulu öndər Heydər Əliyev hər daim Azərbaycan təhsilini, azərbaycan müəllimini xüsusi diqqətdə saxlamış və ölkəmizin elm – təhsil sahəsinin inkişafında əvəzolunmaz işlər görmüşdür.

Sumqayıt Dövlət Universiteti təkcə elm-təhsil sahəsində hazırladığı kadrlarla deyil, vətənpərvər, vətən uğrunda canından keçməyi gözə alan gənclər də yetişdirmişdir. I və II Qarabağ müharibəsində Sumqayıt Dövlət Universitetinin tələbələri könüllü olaraq müharibədə iştirak edərək Şəhidlik zirvəsinə ucalmış, qazi kimi müharibədən geri dönmüşlər.

44 günlük Vətən müharibəsi…

Bu müharibədə “Dəmir Yumruq” ətrafında xalq iqtidar birliyi və Zəfər Qalibiyyət!!!

Dünya da gördü ki, Azərbaycan və onun çox məntiqli, zəkalı Prezidenti haqq davasındadır. Bu davada bizim dostlarımız və düşmənlərimiz də açığa çıxdı.

“Qarabağ Azərbaycandır!” söyləyən Prezidentimiz xalqla birlikdə Zəfər çaldı.

Xalqın ictimai – mədəni tarixində, onun siyasi keşməkeşli dövründə Sumqayıt Dövlət Universitetinin də müəyyən qədər payı vardir.

Sumqayıt gənclik şəhəridir, onun yaşı artdıqca belə inkişaf edərək gəncləşəcəkdir. Məhz gənc Sumqayıtın ali təhsil ocağı olan Sumqayıt Dövlət Universiteti də gənclik universiteti olaraq inkişaf edəcəkdir.

Sumqayıt Dövlət Universiteti Sumqayıt şəhərinin övladıdır. 60 illik tarixə malik olan bu universitetin məzunları Sumqayıtın yaradıcıları və qurucuları olmuş. Sumqayıtın ürəyi olan sənaye müəssisələrində çalışan mütəxəssislərin çoxu bu universitetin yetirmələri olmuşdur.

Sevindirici haldır ki, istər keçmişdə, istərsə də indi Sumqayıt Dövlət Universitetinin məzunları keyfiyyət tələblərinə cavab verən layiqli mütəxəssislər kimi seçilirlər. Onlar mürəkkəb texnoloji proseslərin öhdəsindən uğurla gəlir, sənaye miqyaslı maşın, avadanlıq və qurğuların, texnoloji xətlərin işə salınması, idarə olunması sahəsində nailiyyətlər əldə edirlər.

Sumqayıt Dövlət Universitetində müdafiə şuraları fəaliyyət göstərir. Artıq bu şuralarda uğurla müdafiə olunan çoxsaylı dissertasiya işləri Ali Attestasiya Komissiyasında təsdiqini tapmışdır.

Sumqayıt Dövlət Universitetinin qarşısında hələ çox işlər durur, elmə, yeniliyə həmişə can atan universitetimiz bir sıra tanınmış universitetlərlə əməkdaşlıq müqavilələrinə də imza atmışdır. Bir sözlə Sumqayıt Dövlət Universiteti daim inkişaf yolundadır.

Doğma şəhərimizin yeganə Ali Təhsil ocağı olan Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi münasibəti ilə universitetin rektoru, professor Elxan Hüseynov başda olmaqla bütün kollektivi təbrik edir və universitetin hərtərəfli inkişafı, elmi nailiyyətlər qazanması yolunda bol – bol uğurlar arzu edirik.

 

***

Doğma Universitetim 

Sumqayıtda bir ocaq var

Ordan hər yer işıq alar

Bura elmin yuvasıdır

Nuru bütün aləmləri

Sarmış olan gur ocaqdır

Öyrədənlər ata kimi, ana kimi

Öyrənənlər zəhmətsevər

Vətənpərvər övlad kimi

Bu ocaqdan uzaqlara

Uçub gedən yavruları

Xarügələr yaradacaq

Sehirli bir çıraq kimi

Uzaq – uzaq diyarlarda

Öz izi var, imzası var

Gələcəyə gedən yolda

Zirvələrdə öz yeri var

Sumqayıtda doğulubdu

Dövlət ilə böyüyübdü

Universitet adi ilə

Bir tarixə çevrilibdi

Bu ocaqdan güc alıbdı

Həm öyrənən, həm öyrədən

Tarixində nələrin var saysan bitməz

Fəxri adlı, mükafatlı məzunların

İxtiraçı mühəndisin, alimlərin

Qarabağda candan keçən əsgərlərin!

Yaşa var ol doğma ocaq

Hələ sənin uğurların gələcəkdə çox olacaq!

Mətanət Pirquliyeva, əməkdar müəllim

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər