“Sumqayıt Dövlət Universiteti şəhərin inkişafında mühüm rol oynayıb”-TAHİR MİRKİŞİLİ

2146

SDU 60

“Sumqayıt Dövlət Universiteti yarandığı gündən şəhərin inkişafında mühüm rol oynayıb. İstər kadr potensialının formalaşmasında, istərsə də şəhərin sosial-mədəni və iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edib”.

Bu fikirləri “sumqayitxeber.com”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili Tahir Mirkişili bildirib.

Millət vəkili qeyd edib ki, hər bir şəhərin inkişafında universitetlərin rolu önəmlidir: “Universitetlər yerləşdikləri ölkəyə və şəhərə bir çox istiqamətlər üzrə istər dolayı, istərsə də birbaşa müsbət təsir göstərirlər. Burada əsas istiqamətlərdən biri də məhz iqtisadiyyatdır. Şəhərdə universitetin mövcudluğu məşğulluğun təmin olunmasına, şəhərin iqtisadi strukturlarının canlanmasına, şəhər funksiyalarının şaxələndirilməsinə, yeni biznes sahələrinin yaradılmasına, mənzil bazarının canlanmasına öz təsirini göstərir. Bu baxımdan Sumqayıt Dövlət Universiteti Sumqayıtın inkişafında mühüm rol oynayıb və bu gün də bu özünü göstərir”.

Tahir Mirkişili vurğulayıb ki , bu il 60 illik yubileyini qeyd edən Sumqayıt Dövlət Universiteti ötən dövr ərzində müxtəlif sahələr üzrə minlərlə mütəxəssislər hazırlamışdır ki, bu da iqtisadiyyatımızın kadrlara olan tələbatının ödənməsinə mühüm dəstək deməkdir. Müasir dövrdə iqtisadiyyatın insan resurslarına olan tələbatı durmadan artır, bu tələbatın ödənməsində universitetlərin müstəsna rolu var. Sumqayıt Dövlət Universitetinin də bu istiqamətdə potensialı kifayət qədər böyükdür. İnsan resurslarının hazırlanmasında yorulmaz səy göstərən universitetin bütün kollektivini – – müəllimləri, əməkdaşları və tələbələri yubiley münasibətilə təbrik edir, onlara ölkəmizin rifahı naminə göstərəcəkləri fəaliyyətdə yeni-yeni nailiyyətlər arzulayıram.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər