Sumqayıt Dövlət Universitetində kitab sərgisi təşkil olunub

1158

Bu gün, 8 dekabr tarixində Sumqayıt Dövlət Universitetinin (SDU) Böyük Akt zalında Nizami Gəncəviyə həsr olunmuş “Sözün gücü – Nizami dühası”adlı kitab sərgisi baş tutub. Bu haqda SDU-nun rəsmi saytına istinadən xəbər veririk.

SDU-nun Elmi kitabxanasının və şəhərin Səməd Vurğun adına Mərkəzi Kitabxanasının birgə təşkil etdiyi tədbir Təhsil müəssisəsinin Böyük Akt zalında keçirilib.

Sərgidə dahi şair Nizami Gəncəvinin məşhur “Xəmsə”sinə daxil edilən poemalar və Nizami haqqında yazılmış əsərlər, həmçinin SDU-nun Elmi Şurasının qərarı ilə şairimizin anadan olmasının 880 illik yubileyi ilə əlaqədar çap olunan “Eşq və idrak şairi” adlı məqalələr toplusu və Filologiya fakültəsinin müəllimi Afaq Qəniyevanın “Nizami Gəncəvinin musiqi dünyası” adlı kitabları yer alıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər