Sumqayıt Dövlət Universitetində Şən və Hazırcavablar Klubunun yarışı keçirilib

900

Sumqayıt Dövlət Universitetində (SDU) fakültələrarası Şən və Hazırcavablar Klubunun yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki, universitetin rektoru, professor Elxan Hüseynov çıxış edərək Azərbaycan gəncliyinin ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçildiyini və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynadığını bildirib. Qeyd olunub ki, bu gün dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilərək bütün sahələrdə öz sözünü deyir və potensial imkanlarını ortaya qoyur. Rektor gənclərin imkanlarından daha səmərəli istifadə edilməsinin vacibliyini vurğulayıb.

Fakültələr üzrə Şən və Hazırcavablar Klubunun çıxışları iştirakçıların böyük marağına səbəb olub. Birinci yerə mühəndislik fakültəsinin “Sxema” komandası layiq görülüb.

Münsif heyətinin tərkibində aktyorlar Tərlan Nur Yaşar, Elsevər Mehdizadə, Ramiz Hüseynzadə, “Parni iz Baku” teatrının aktyoru və ssenari müəllifi Ələkbər Əliyev, kikboks üzrə ikiqat dünya, üçqat Avropa çempionu Elnur Mahmudov yer alıb.

Qalib komandalara kuboklar təqdim olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər