Sumqayıt Dövlət Universitetində yeni təyinatlar olub

1397

Sumqayıt Dövlət Universitetində yeni təyinatlar olub. Könül Abaslı və Elşad Abdullayev rektorun müşavirləri, Nəsibə Əmirbəyova isə Karyera və məzunlarla iş mərkəzinin müdiri vəzifəsinə təyin olunub.

Könül Abaslı doktorantura təhsilini Türkiyə Respublikasında, Hacettepe Universitetinin Təhsil Elmləri İnstitutunda Təhsilin idarəolunması, təftişi, planlaması və iqtisadiyyatı proqramında yüksək müvəffəqiyyət sertifikatı ilə tamamlamışdır. Pedaqogika üzrə (5802.01 – Təhsilin təşkili və planlaşdırılması) fəlsəfə doktorudur. Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini vəzifəsində çalışmışdır. Hal-hazırda pedaqoji fəaliyyətini isə ADA Universitetində davam etdirir. “Web of Science”, “Scopus”, kimi elmmetrik bazalarda indekslənən müxtəlif beynəlxalq jurnallarda və yerli jurnallarda nəşr olunan ümumilikdə 15-dən çox elmi məqalənin, 6 kitab bölməsinin, 4 hesabatın müəllifi və həmmüəllifidir. 5 beynəlxalq və bir yerli elmi jurnalda rəyçidir.

Elşad Abdullayev 2009 – 2018-ci illərdə Radiasiya Problemləri İnstitutunda ardıcıl olaraq kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışıb. 2019 – 2023-cü illərdə Bakı Mühəndislik Universitetində Pedaqoji fakültənin dekanı vəzifəsində çalışıb.2016-cı ildə isə “Nüvə kimyası” ixtisasl üzrə Dosent elmi adı alıb. Ümumilikdə 60-dan çox elmi əsəri (o cümlədən 1 patent və 26 məqaləsi) çap edilmişdir.2021-ci ildə Azərbaycan Respublikasının Təhsil nazirinin əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Nəsibə Əmirbəyova AzMIU Mexanika və informasiya texnologiyalari fakultəsinin dekan muavini, AzMIU Informasiya texnologiyalari və sistemləri kafedrasinin muəllimi, AzMİU Masin ve mexanika muhəndisliyi kafedrasinin muəllimi, Təhsil Nazirliyinin SABAH layihəsinin İnşaat muhəndisliyi ixtisasinin muəllimi və AzMIU İnnovativ Biznes İnkubator mərkəzinin rəhbəri vəzifələrində çalışıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər