Sumqayıt Dövlət Universitetinin əsas binasının girişi uçub

3284

Sumqayıt Dövlət Universitetinin əsas binasının girişi uçub.
Bu barədə SDU-nun mətbuat katibi Nazxanım Cəlilli bildirib.

Onun verdiyi məlumata görə, hadisə 15:30 radələrində baş verib:  “İyunun 21-də saat 15:30 –da Sumqayıt Dövlət Universitetinin əsas tədris binasının giriş hissəsinin çöl tərəfindən sütunlu tavan (козырёк) çökmüş, yararsız vəziyyətə düşmüşdür.Öncə əmələ gələn çatları nəzərə alaraq təhlükəsizlik tədbirləri görüldüyündən hadisə nəticəsində xəsarət alan olmayıb. Qeyd edək ki, müvafiq strukturlara məlumat verilib.”

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər