Sumqayıt Dövlət Universitetinin yeni rektoru kollektivə təqdim olunub

947

Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru vəzifəsinə təyin edilən Rüfət Əzizov sentyabrın 14-də müəssisə kollektivinə təqdim olunub.

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov 85 ixtisas üzrə ali təhsilin iki pilləsində kadr hazırlayan ali təhsil müəssisəsinin qarşısında dayanan aktual vəzifələrdən danışıb. Firudin Qurbanov yeni təyin olunan rektor Rüfət Əzizovun və universitet kollektivinin bu vəzifələrin öhdəsindən gələcəyinə inandığını bildirib.

Göstərilən etimada görə təşəkkürünü ifadə edən Rüfət Əzizov hər bir etimadın şəxsi məsuliyyət yaratdığını vurğulayaraq 60 ildən artıq müddətdə öz ənənələrini formalaşdırmış SDU-nun potensialının maksimum ortaya qoyulacağına əminliyini bildirib.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər